Bu sosial şəbəkə heyvanlarla selfi çəkməyi qadağan etdi

“Instagram” sosial şəbəkəsi heyvanlarla selfi çəkməyi qadağan edib. “Yeniavaz.com”un “Mayak” radiosuna istinadən verdiyi məlumata görə, “Instagram” xəbərdarlıq edib ki, bu cür şəkillər həm heyvanlara, həm də istifadəçilərin özlərinə zərər verə bilər. “Instagram” bu gündən etibarən heyvanlarla bağlı selfi axtarışı zamanı sosial şəbəkədəm istifadə qaydaları haqqında xəbərdarlığı ekrana gətirəcək. Xəbərdarlıq, həmçinin heyvanlarla kobud rəftarı nümayiş etdirən şəkilləri şikayət etməyi nəzərdə tutur. Bu cür paylaşımlar dərhal bloka alınacaq.

DİGƏR XƏBƏRLƏR

Top