Bu il Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

2017-ci ildə Rusiyaya daha çox Ukrayna, Qazaxıstan və Çin vətəndaşları səfər ediblər.

“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Statistika Komitəsinin hesabatında deyilir.

Hesabata əsasən, cari ilin ilk doqquz ayında Rusiyaya gəlmiş xarici vətəndaşların ümumi sayı təxminən 18,97 milyon nəfər təşkil edib. İlin ilk doqquz ayında Rusiyaya əcnəbilərin səfərlərinin sayı 2,8 faiz azalıb. Əcnəbilərin səfərlərinin sayına görə birinci yeri 6,64 milyon olmaqla Ukrayna tutur. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Qazaxıstan (2,68 milyon) və Çin (1,24 milyon) qərarlaşıb.

İlk onluğa, həmçinin Finlandiya (781 min), Azərbaycan (655 min), Polşa (556 min), Almaniya (500 min), Ermənistan (442 min), Moldova (396 min), Özbəkistan (375 min) daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top