Gürcüstanda Saakaşviliyə dəstək nümayişi keçiriləcək


Gürcüstanın “Vahid milli hərəkat” müxalifət partiyası ölkənin sabiq prezidenti Mixeil Saakaşviliyə dəstək olaraq çərşənbə günü irimiqyaslı nümayiş keçirməyi planlaşdırır. Bu barədə “RİA Novosti” xəbər verir. "Partiya fövqəladə iş rejiminə keçir və Gürcüstan uğrunda qəti mübarizəyə başlayır. Bütün vətəndaşları Mixeil Saakaşviliyə dəstək olaraq irimiqyaslı nümayişdə iştirak etməyə səsləyirik", - deyə partiyanın lideri Nika Meliya jurnalistlərə bildirib.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top