.jpg)
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ümid etdiyini bildirib ki, Kiyevdə olan keçmiş dövlət başçısı Mixeil Saakaşvili təhlükəsizlikdə olacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə G. Marqvelaşvili özünün “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Kiyevdə baş verən proseslər Ukraynanın daxili işidir: “Lakin eyni zamanda hadisələrin mərkəzində Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili var. Ümid edirik ki, onun təhlükəsizliyi qorunacaq”.
Tətbiqimizi yükləyə bilərsiniz