Çində 1 milyard ton neft ehtiyatı aşkar edildi

Çində 1 milyard ton neft ehtiyatı aşkar edilib.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Çinin neft istehsalçısı şirkəti “PetroChina” 1 milyard ton ehtiyata malik yeni neft yatağı kəşf edib. Yataq Çinin Şərqi Türkistan hissəsində yerləşən Cunqar hövzəsinin Mahu bölgəsində tapılıb.

Qeyd edək ki, Şərqi Türkistan bölgəsi neft, volfram (silah sənayesində istifadə edilən önəmli filiz), qızıl, platin, kömür (2,2 trilyon ton) və uranium kimi strateji xam maddələr və saysız yeraltı və yerüstü qaynaqlar var.

DİGƏR XƏBƏRLƏR

Top