Lavrov: Xəzərin statusuna dair konvensiya hazırdır

Xəzəryanı ölkələr Xəzər dənizinin statusu haqqında qalan məsələlər üzrə razılığa gəliblər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, müvafiq konvensiyanın mətni faktiki olaraq hazırdır: “Biz Xəzərdə cari gündəliyin məsələlərini predmet şəklində müzakirə etdik. Xəzərin hüquqi statusu haqqında konvensiya layihəsi üzərində işə xüsusi diqqət ayırdıq. Böyük məmunluqla elan edirəm ki, bu sənədin hazırlanması ilə bağlı açıq qalan bütün həlledici məsələlər üzrə nəticəyə gəldik”.

S. Lavrov qeyd edib ki, yaxın vaxtlarda mətnin redaktəsinin sona çatdırılması, milli dillərə tərcümə, Xəzəryanı ölkələrdə bu konvensiyanı ən yüksək səviyyədə imzalanması üçün dövlətdaxili hazırlıq işləri görüləcək.

DİGƏR XƏBƏRLƏR

Top