
Bu ilin ilk 9 ayı ərzində Bakı şəhərində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 195,5 milyon manat olmaqla əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,4 faiz azalıb. Yeniavaz.com Bakı Şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, neft məhsullarından avtomobil benzininin istehsalı 4,7 faiz (987,7 min ton), neft koksunun istehsalı 6,8 faiz, neft bitumunun istehsalı 16,3 faiz, sürtkü yağlarının istehsalı 2,8 dəfə artıb, dizel yanacağının istehsalı 21,2 faiz (1 milyon 536,2 min ton), yanacaq mazutunun istehsalı 41,9 faiz, ağ neftin istehsalı isə 7,8 faiz azalıb.
Tətbiqimizi yükləyə bilərsiniz