
Alimlər yaxın saatlar ərzində maqnit qasırğasının başlamasını gözləyirlər.
“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Hava Mərkəzinin rəhbəri Sergey Qaydaş deyib. Onun sözlərinə görə, maqnit qasırğasını doğuran səbəb Günəşin qütb sahəsində tac dəliyindən yüksək sürətli Günəş küləyinin axınıdır: “Hesablamalarımıza görə, qasırğa kiçik olmalı və dekabrın 6-da başa çatmalıdır”.
S. Qaydaş qeyd edib ki, Günəş küləyinin mənbəyi uzun müddətdir mövcud olan və Yerdə hər 27 gündən bir maqnit qasırğalarını doğuran tac dəliyidir: “Günəş öz oxu ətrafında dövrə vuran kimi dəlik Yerlə bir düz xəttə çıxır”. Maqnit qasırğaları xroniki xəstəliyi olan insanlara mənfi təsir göstərir, mürəkkəb cihazların işində nasazlıqlar yarada və uçuş zamanı Yerin maqnit xəttinə istiqamətlənən köçəri quşların naviqasiya qabiliyyətini poza bilər.
Tətbiqimizi yükləyə bilərsiniz