
Yəmənin keçmiş Prezidenti Əli Abdulla Saleh İranın dəstəklədiyi üsyançı husilər tərəfindən öldürülüb.
“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ə.A. Salehin ölümü onun Ümumi Xalq Konqresi partiyası tərəfindən təsdiqlənib. Sosial mediada eks-Prezidentin ölümündən sonra çəkilən şəkilləri onun əvvəlcə vurularaq sonra linç edilməsi təsəvvürünü yaradır. Ə. A.Salehin öldürülməsinin ardından Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Sənadakı dinc sakinlərin bölgəni tərk etməyə çağırıb.
Bu arada Yəmən Prezidenti Əbdürrabbu Mənsur Hadi ordunun Sənaya girməsi üçün təcili əməliyyat keçirmək tapşırığı verib. Ordu Ə. A. Salehin qüvvələri ilə birləşərək husilərə qarşı vuruşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz