Bakıda 54 min iş yeri açılıb: 17,6 min rəsmi işsiz var

Bu ilin III rübündə Bakı şəhərində 15 min 762 yeni iş yerləri açılıb,onlardan 14 min 831 daimi iş yerləridir. Yeniavaz.com Bakı Şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bidirir ki, 2017-ci ilin III rübündə açılan iş yerləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,2 faiz artıb. 2017-ci il ərzində isə cəmi 54 min 1 yeni iş yerləri açılıb. Onlardan 52 min 724-i daimi iş yerləridir.

Paytact Bakıda 9 ay ərzində 54 min yeni iş yerlərinin açılmasına baxmayaraq oktyabr ayına olan məlumata görə 17 min 576 nəfər işsiz kimi rəsmi şəkildə qeydə alınıb və onlardan 2 min 407 nəfərə orta hesabla ay ərzində 308,77 manat müavinət verilib. Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların 6 min 746 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat oktyabr ayının axırına şəhər üzrə cəmi 2 min 45 nəfərdir, onlardan 1 min 746 nəfəri fəhlələrdir.

DİGƏR XƏBƏRLƏR

Top