Türkiyədə pomidorun qiyməti iki dəfəyə yaxın bahalaşıb

Türkiyədə noyabr ayında qiyməti ən çox bahalaşan məhsul pomidor olub.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, pomidorun qiyməti ötən ay 45,3 faiz artıb. Noyabrda ən çox bahalaşan ikinci məhsul isə 23,2 faizlə balqabaq olub.

Ən çox ucuzlaşan məhsuların siyahısına gül kələmi başçılıq edir. Bu məhsul 19,2 faiz ucuzlaşıb. Portağalın qiyməti isə 19,2 faiz enərək ən çox ucuzlaşan ikinci məhsul olub. Xatırladaq ki, Türkiyədə noyabrda inflyasiya 1,49 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top