Mingəçevirli məktəbli dünya kubokunun qalibi oldu FOTOLAR

Bakı şəhərində "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən "Alpaqut" Turan döyüş sənəti üzrə Dünya Kuboku uğrunda yarış keçirilib. "Yeniavaz.com" xəbər verir ki, yarışda iştirak edən Mingəçevir 6 N-li tam orta məktəbin IX sinif şagirdi Məhhəmməd Nəbiyev bütün rəqiblərini məğlub edərək I yeri qazanıb və Dünya Kubokunun qalibi olub. Həmiçinin eyni adlı məktəbdən yarışda iştirak edən IV sinif şagirdi Əbülfəz Hümbətzadə yaşıdları arasında III yerin qalıbi olub.

Qeyd edək ki, Yarışlarda komanda hesabında Azərbaycan I yerə, İran komandası II, Türkiyə yığması III olub. Bu münasibətlə 6 saylı məktəbin direktoru Xurşud Zamanova məktəbdə təqdimat mərasimi keçirib. Mərasimdə qalibləri təbrik edən direktor onlara yeni uğurlar arzulayıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top