Türkiyədə inflyasiya 1,49 faiz artıb


Türkiyədə noyabr ayında inflyasiya 1,49 faiz artıb.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Statistika Komitəsinin noyabr ayı üzrə hesabatında deyilir.

Hesabata əsasən, ölkədə istehlakçı qiymət indeksi əvvəlki ayla müqayisədə noyabrda 1,49 faiz yüksəlib. Halbuki, artımın 1,1-1,25 faiz arasında dəyişəcəyi ön görülürdü.

Ən çox bahalaşma 3,77 faiz olmaqla geyim və ayaqqabı sektorunda qeydə alınıb. Ən az bahalaşma isə 0,01 faiz olmaqla spirtli içkilər və tütün sahəsində baş verib. İl ərzində ən çox artım isə 18,56 faiz olmaqla nəqliyyat sahəsində olub.

DİGƏR XƏBƏRLƏR

Top