
Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində ctimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artaraq 723,6 milyon manat olub. Yeniavaz.com Bakı Şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bidirir ki, dövriyyənin 45,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 15,9 faiz artaraq 326,8 milyon manat təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz