
Bu ilin yanvar-sentyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 52,3 min nəfər olub. Yeniavaz.com Bakı Şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bidirir ki, çalışanların orta aylıq əmək haqqı isə 12,9 faiz artaraq 851,1 manat təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,6 min nəfər olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalıb, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 1105,4 manat təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 785,1 manat olub. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 15,9 faiz artaraq 1449,3 manat təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz