Həyətində su quyusu qazdıran şəxs tapdıqlarından heyrətə gəlib FOTO

Su quyusu qazırdılar bəzək əşyaları və mis pullar çıxdı. Maraqlı hadisə Goranboyda baş verib. Rayon sakini Vasif Məmmədov həyətinə traktor gətirib qazıntı işi aparan zaman aqreqatın qarşısında qızıla bənzər əşyalar görünüb. Ev sahibi dərhal işi saxladaraq, bəxtinin üzünə güldüyünü düşünüb. Həmin ərazini özü qazmağa başlayıb. Bu zaman quyudan mis, gümüş pullar da tapılıb. 35 yaşlı rayon sakini Vasif Məmmədov "Yeniavaz.com" saytına açıqlama verərək bildirib ki, quyudan tapılan əşyalara maraq böyükdür. Onun sözlərinə görə, qohum-əqrəba həmin məkana baxış keçirib, ordan digər qiymətli əşyaların çıxacağına ümid edirlər.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top