
Rusiya və Çində peyklərə qarşı istifadə etməyin mümkün olduğu silah hazırlanır. “Yeniavaz.com”un “Lenta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri, general Con Hayten deyib.
General hesab edir ki, Rusiya və Çin kosmosda iş üçün yerdən idarə edilə biləcək səs batıran və lazer silahı hazırlayır və sınaqdan keçirir: “Bu, açıq şəkildə edilir və sirr saxlanmır”. C. Hayten qeyd edib ki, Moskva və Pekin ABŞ-ın müxtəlif hərbi əməliyyatlarda peyklərdən uğurla istifadə etdiyini görüb və buna görə də Vaşinqtonu gələcəkdə bu imkandan məhrum etmək istəyir: “Bütün dünya üzrə raketlərin buraxılışına dair məlumatlar Amerika peykləri tərəfindən təsbit edilir, onları qorumaq isə asan deyil”. General əmindir ki, ölkələr bu yolla ABŞ-a meydan oxumaq və dünyada tarazlığı dəyişmək istəyir: “Biz buna imkan verə bilmərik”.
Tətbiqimizi yükləyə bilərsiniz