Kiyevdə Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin təşkilatçılığı ilə Ukrayna prezidenti Petro Poroşenkonun impiçmenti üçün yürüş başlayıb. Yürüş iştirakçıları Taras Şevçenko parkında toplaşaraq prezident administrasiyasına doğru yönəliblər.
Yürüşə Mixail Saakaşvili başçılıq edir. Yürüş iştirakçılarının əlində Ukrayna və Gürcüstanın bayraqları, həmçinin Ukrayna millətçi ordusunun bayrağı var.
Həmçinin nümayişçilər Petro Poroşenkonun impiçmenti tələbi ilə çoxsaylı plakatlar aparırılar. Sputnik Azərbaycan



saakasvili
Tətbiqimizi yükləyə bilərsiniz