
Yəməndəki vətəndaş müharibəsinin tərəflərindən biri olan üsyançı husilər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə inşa edilməkdə olan “Barakah” atom elektrik stansiyasına qanadlı raket buraxdıqlarını iddia ediblər. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə öz televiziya kanalında xəbər verən husilər iddialarını təsdiqləyən heç bir dəlil göstərməyiblər.
2015-ci ildən bəri husuləri hədəf alan Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın üzvlərindən biri olan BƏƏ məsələ ilə bağlı hələ açıqlama verməyib. “Barakah” atom elektrik stansiyasının 2018-ci ildə fəaliyyətə başlaması planlaşdırılırdı. Xatırladaq ki, ötən ayın əvvəlində husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket buraxması İran və Səudiyyə arasında gərginliyi artırmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz