“Real”ın müdafiəçisi​ İspaniya çempionatında rekord sahibi oldu

“Real” Madridin müdafiəçisi Serxio Ramos “Atletik” Bilbaoya qarşı oyunda qırmızı vərəqə alıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bu onun İspaniya çempionatında aldığı sayca 19-cu qırmızı vərəqə olub. Bu, İspaniya çempionatları üçün rekord göstəricidir. Belə ki, İspaniya birinciliyində hakimlər indiyədək heç bir oyunçuya 19 dəfə qırmızı vərəqə göstərməyiblər. S. Ramos cari mövsüm ölkə çempionatında iki dəfə oyundan çıxarılıb. Qeyd edək ki, “Atletik” Bilbao – “Real” Madrid matçı qolsuz bərabərliklə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top