Trampa görə jurnalist işdən azad edildi

ABC telekanalı ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Maykl Flinn haqqında reportajda səhvə yol verən jurnalist Brayan Rossu müvəqqəti işdən azad edib. “Yeniavaz.com”un “Lenta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə telekanalın bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, B. Rossun reportajı tam yoxlanılmamışdı: “Bir neçə saatdan sonra müəyyənləşdirdik ki, dərc edilmiş məlumat səhv olub və onu düzəltdik. Jurnalist bundan sonra maaş ödənilməməklə birlikdə 4 həftə müddətinə işdən azad edilib”.

B. Rossun reportajında iddia edilirdi ki, M. Flinn D. Trampın seçki kampaniyası zamanı guya ona Moskva ilə təmas qurmaq əmri verməsi ilə bağlı ifadə verməyi vəd edib. Sonradan reportajda dəqiqləşdirilib ki, Prezident bu cür göstərişi seçkilərdən sonra verib və danışıqların mövzusu terror təşkilatları ilə mübarizənin əlaqələndirilməsi olub.

Xatırladaq ki, istefada olan general-leytenant M. Flinn 2017-ci ili yanvarın 20-dən fevralın 13-dək ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi olub. O həmin dövr Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə danışıqlarının məzmununu gizlətməkdə ittihamlarla üzləşməsi fonunda istefa verib.

DİGƏR XƏBƏRLƏR

Top