
Mingəçevir şəhərini təmsil edən millət vəkili Aydın Mirzəzadə bu gün növbəti dəfə seçicilərini qəbul edib. Qəbulda 35-ə yaxın şəxs öz problemini millət vəkilinə çatdırıb.
Qəbuldan sonra saytımıza millət vəkili Aydın Mirzəzadə saytımıza açıqlama verib: “Şikayətçilər yenə həmişəki kimi öz problemləri ilə bağlı mənə müraciətlərini etdilər. Bir millət vəkili kimi hər bir seçicini diqqətlə dinlədim. Sosial məsələlərlə bağlı problemləri olan seçicilərin də ərizələri alındı. İnsanlar daha çox öz səxsi problemləri ilə bağlı mənə şikayətlərini bildirdilər.Çalışacağam ki, bu insanların problemlərinin həllinə bacardığım qədər köməkliyimi göstərim".
Sakinlərdən oğlu aprel döyüşlərində şəhid olan əsgər anası Mahirə xanım oğluna şəhidlik statusu ala bilməməsi ilə bağlı ümidini millət vəkilinə bağladığını deyib: "Gözümün ağı–qarası bircə oğlum aprel döyüşlərində şəhid oldu. Özüm onkoloji xəstəlikdən əziyyət çəkirəm. Baxan da yoxdur. Ümidim sizədir. Oğluma şəhidlik statusunun verilməsində mənə kömək edin”.
Digər seçici - birinci qrup əlil aldığı az pensiya ilə dərmanlarını ala bilmədiyini deyib və millət vəkilindən kömək istəyib.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz