
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu, Xırdapay kəndində "KamAZ" markalı yanacaqdaşıyan avtomobil aşıb. FHN-in saytının xəbərinə görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.Apa
Tətbiqimizi yükləyə bilərsiniz