.jpg)
Rusiyanın üç vətəndaşı qaçqın statusu almaq üçün Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına müraciət ediblər. "Yeniavaz.com"un "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, müraciətlər bir həftə ərzində edilib. Rusiyalılar bu addımlarını onunla izah ediblər ki, ölkədə müxalifətin hakimiyyət əleyhinə korrupsiya mitinqlərində iştirak etdiklərinə görə hüquq-mühafizə orqanları tərəfindən təqib edilirlər. Söhbət, həmçinin müxalifətçi Aleksandr Navalnının təşkil etdiyi nümayişlərdən gedir.
Tətbiqimizi yükləyə bilərsiniz