"Yuventus" rekord müəyyənləşdirdi

"Yuventus" İtaliya çempionatının 15-ci turunun mərkəzi oyununda səfərdə "Napoli"ni 1:0 hesabı ilə məğlub edib. "Yeniavaz.com"un RBK-ya istinadən verdiyi məlumata görə, bununla da Turin təmsilçisi İtaliya çempionatında ardıcıl 44 oyunda qol vurmaqla rekord müəyyənləşdirib. Oyunda yeganə qolun müəllifi argentinalı hücumçu Qonsalo İquain olub. Xatırladaq ki, matçın 13-cü dəqiqəsində fərqlənən forvard 2016-cı ilin iyulunda 90 milyon avroya "Napoli"dən "Yuventus"a keçib.

DİGƏR XƏBƏRLƏR

Top