Tank bölmələri döyüş atışlarını icra edib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirilir. MN-dən "Yeniavaz.com"a verilən məlumata görə, taktiki məşqlərin və təlimlərin əsas məqsədi tank bölmələrinin çətin keçilən ərazilərdə idarə edilməsi, real döyüş şəraitində uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir. Tank heyətləri maneələri bacarıqla dəf edərək dəqiq atəşlə bütün hədəfləri məhv ediblər.

Tanklar

DİGƏR XƏBƏRLƏR

Top