
Ötən il Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış şəkərli diabet xəstələrinin sayı 23 min 909 nəfər olub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son illər belə diaqnoz qoyulan insanların sayında kəskin artım müşahidə olunmur. Son illərin statistikasına diqqət yetirək:
- 2010-cu ildə - 20 min 634 nəfər.
- 2011-ci ildə - 22 min 104 nəfər.
- 2012-ci ildə - 23 min 498 nəfər.
- 2013-cü ildə - 24 min 182 nəfər.
- 2014-cü ildə - 25 min 152 nəfər.
- 2015-ci ildə - 24 min 352 nəfər.
Statistikaya əsasən deyə bilərik ki, son illər Azərbaycanda insulindən asılı şəkərli diabet xəstələrinin sayında kəskin azalma müşahidə olunur:
- 2010-cu ildə - 5334 nəfər.
- 2011-ci ildə - 4270 nəfər.
- 2012-ci ildə - 5078 nəfər.
- 2013-cü ildə - 3510 nəfər.
- 2014-cü ildə - 3576 nəfər.
- 2015-ci ildə - 2391 nəfər.
- 2016-cı ildə - 1510 nəfər.
İnsulindən asılı olmayan şəkərli diabet xəstələrinin sayı isə əksinə, son illər artır:
- 2010-cu ildə - 14 min 860 nəfər.
- 2011-ci ildə - 17 min 174 nəfər.
- 2012-ci ildə - 17 min 914 nəfər.
- 2013-cü ildə - 20 min 426 nəfər.
- 2014-cü ildə - 21 min 381 nəfər.
- 2015-ci ildə - 21 min 961 nəfər.
- 2016-cı ildə - 22 min 399 nəfər.
Tətbiqimizi yükləyə bilərsiniz