Avropada dönər qadağan edilə bilər

Avropada dönərdən istifadə qadağan edilə bilər.

"Yeniavaz.com"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb Avropa Parlamentinin ərzaq məhsullarının tərkibindəki fosfat əlavəsinin səviyyəsinin tənzimlənməsi barədə qərar qəbul etməsidir. Qərarda göstərilir ki, fosfat əlavələri insan sağlamlığı üçün zərərlidir. Bu qərardan sonra ən çox Almaniyadakı dönərxanaların risk altında olduğu deyilir.

Belə ki, Almaniyanın fast-food məhsulları bazarında dönər və dönər məhsulları önəmli yer tutur. Almaniyada 16 mindən çox satış nöqtəsi, illik təxminən 4 milyon avro gəliri olan dönər istehsalının qərardan zərər görəcəyi qeyd edilir. Fosfat əlavə maddəsi təkcə dönər məhsullarında istifadə olunmur. Sosiska məhsullarının, kolanın, konservləşdirilmiş balığın və tort məhsullarının istehsalında fosfat əlavəsindən istifadə edilir. 0,3 litrlik kolada 210 milliqram fosfat var.

DİGƏR XƏBƏRLƏR

Top