
1 barel neftin münasib qiyməti 60-65 dollar təşkil etməlidir.
"Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, bunu "Lukoyl" neft şirkətinin rəhbəri Vahid Ələkbərov deyib. Onun sözlərinə görə, bu qiymət hazırda həm OPEK ölkələrinə daxil olan, həm də bu təşkilata daxil olmayan ölkələri qane edir: "2000-ci illərin ortalarındakı səhvi təkrarlamamaq üçün təmkinli olmaq barədə razılığa gəlməliyik".
V. Ələkbərov neftin qiymətinin kəskin artımının tərəfdarı olmadığını qeyd edib: "Biz hazırda həm istehlakçıları, həm də istehsalçıları qane edən balansa nail olmalıyıq".
O, həmçinin əlavə edib ki, "Lukoyl"un 2018-ci il büdcəsi 1 barel neftin qiymətinin 60 dollar əsasında formalaşdırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz