ATƏT PA: Dağlıq Qarabağ problemi bütün sessiyalarda müzakirə olunur


"Hər dəfə yeni təşəbbüslərlə çıxış edirik. Vyanada keçiriləcək qış sessiyasına ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirlərini dəvət etməyi planlaşdırdıq. Bu məsələ indi müzakirə olunur". Bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi ATƏT PA-nın bütün sessiyalarında müzakirə olunur və onlar hər dəfə bu məsələni gündəmdə saxlayırlar. A.Quliyev 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə ATƏT PA-nın müşahidəçilərinin dəvət edilməsinin mümkünlüyünü bildirib. "Bu barədə danışmaq hələ tezdir, lakin belə bir imkan nəzərdən keçirilir", - parlament üzvü əlavə edib. Report

DİGƏR XƏBƏRLƏR

Top