
Dünya birjalarında neftin qiyməti artmaqda davam edir. WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar və ya 0,37% artaraq 57,61 dollar təşkil edib. Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 0,43% artaraq 62,90 dollar olub.
Qeyd edək ki, neftin bahalaşmasına səbəb OPEK+ ölkələrinin hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətini gələn ilin sonuna qədər uzadılmasıdır.
Tətbiqimizi yükləyə bilərsiniz