
Gəncə şəhərində avtomobil piyadanı vurub. Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Piyada "QAZ-3110" markalı avtomobillə vurulub və yaralı sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılaraq Travmatologiya şöbəsinə yerləşdirilib. Onun 20-25 yaşlarında olduğu bildirilir. Yaralının şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.Report
Tətbiqimizi yükləyə bilərsiniz