
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Rza Zərrabın şahid olduğu “Halkbank”ın İdarə heyətinin keçmiş sədrinin müavini Hakan Atillanın davam edən məhkəmə prosesinə münasibət bildirib.
“Yeniavaz.com”un “YeniŞafak” qəzetinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan Türkiyənin İrana qarşı tətbiq edilmiş embarqonu pozmadığını bildirib. O deyib: “Məhkəmə prosesinin yekununda hansı qərarın çıxmasından asılı olmayaraq biz düzgün olanı etmişik”.
Türkiyə Prezidenti İran ilə ticarət və energetika sahələrində əməkdaşlıq etdiklərini xatırladaraq qeyd edib: “Biz ABŞ qarşısında öhdəlik götürməmişik”.
Dövlət başçısı Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun ailəsi və yaxınlarının xaricdəki ofşor şirkətə pul köçürmələrinə dair sənəd iddiaları ilə əlaqədar bildirib: “Bu həmləsinin əvəzini ödəyəcək”.
Tətbiqimizi yükləyə bilərsiniz