
Suriyadakı müharibədə onun lideri Bəşər Əsəd deyil, Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani qələbə qazanıblar.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Livanın Baş naziri Səəd Hariri deyib.
Onun sözlərinə görə, İŞİD üzərində qələbə qazanmanın Suriyada məsələni həll edəcəyini düşünənlər yanılırlar:
“Suriya üçün problem Bəşər Əsəddir. Bu, 2011-ci ildə başlayıb, həmin vaxt İŞİD hələ mövcud deyildi”.
Tətbiqimizi yükləyə bilərsiniz