
“Halkbank”ın baş direktorunun beynəlxaq bankçılıq məsələləri üzrə müavini Mehmet Hakan Atillanın məhkəmə işi üzrə bu gün şahid qismində iranlı iş adamı Rza Zərrab sualları cavablandırıb. “Yeniavaz.com” “Sözcü” qəzetinə istinadən bildirir ki, R.Zərrab Türkiyənin sabiq İqtisadiyyat nazirinə 45-50 milyon avro məbləğində rüşvət verdiyini etiraf edib. Zərrabın sözlərinə görə bu rəqəm avro verilən pulun miqdarıdır və nazirə həm dollar, həm də lirə şəklində pullar ödənilib.
Məhkəmənin bu hissəsinin stenoqramasını ixtisarlı şəkildə təqdim edirik:
Prokuror: Zəfər Çağlayanla necə tanış oldunuz?
Zərrab: Bir balıq restoranında.
Prokuror: Görüşdükdə nə etdiniz?
Zərrab: Özümü təqdim etdim. Çox tanınmış biri olduğum üçün “Halkbank” tərəfindən qəbul edilmədiyimi və görüşmək istədiyimi bildirdim.
Prokuror: Zəfər Çağlayan nə dedi?
Zərrab: Bunu təkbətək görüşdə danışmağı təklif etdi və görüş təyin etdi.
Prokuror: Bu görüş harda baş tutdu?
Zərrab: Çağlayanın iş yerində.
Prokuror: Çağlayan nə dedi?
Zərrab: Bankda hesab açabiləcəyini söylədi.
Prokuror: Çağlayan “Halkbank” vasitəsilə nə etmək istədiyinizi bilirdimi?
Zərrab: Bəli.
Prokuror: Edəcəklərinizin İranla bağlı olduğunu bilirdimi?
Zərrab: Əlbəttə
***.
Zərrab: Çağlayan balıqçı restoranındakı görüşdən sonra mənə zəng vurdu və görüşə dəvət etdi.
Prokuror: Görüşdə nədən danışdınız?
Zərrab: Planlaşdırdığım ticarət barəsində ona ətraflı məlumat verdim. Mənə gəlir barədə sual verdi izah etdim. Daha sonra mənə 50-50-yə şəriklik şərti ilə vasitəçilik təklif etdi.
Prokuror: Qəbul etdiniz?
Zərrab: Bəli.
HAKİM: Bütün bunlar nə vaxt baş verib?
Zərrab: 2012-ci illərin əvvəllərində.
Prokuror: (3730 nömrəli bir sənəd çıxardıb. Mühasibatlıq sənədi olan kağızı Zərraba göstərdi) Bu nədir?
Zərrab: Bir elektron məktub
Prokuror: Bunu sizə kim göndərib?
Zərrab: Mənə bunu Abdullah Happani göndərib.
Prokuror: Kimdir Happani?
Zərrab: Sahib olduğum şirkətin məndən sonra ikinci məsul şəxsi.
Prokuror: E-mail sizə göndərilib?
Zərrab: Bəli
Prokuror: (Sənədi göstərdi) Burada nə yazılıb?
Zərrab: Baş tutan ticarət zamanı Zəfər Çağlayana ödənən rüşvət barədə
Prokuror: Bu sənədi kim hazırlayıb?
Zərrab: Bizim daxili mühasibatlıq şöbəmiz.
***
Prokuror: Burada FCY yazılıb. Bu nə mənaya gəlir?
Zərrab: Ödənən pul vahidi.
Prokuror: DDİ yazılıb. Bu nədir?
Zərrab: Ödənən pulun miqdarı.
Prokuror: İlk sətiri oxuya bilərsiniz?
Zərrab: Bir milyon 750 min avro.
***
Prokuror: (3733 saylı başqa sənədi göstərdi) Bu nədir?
Zərrab: Bu da Zəfər Çağlayan bəyə ödənən pulun qeydləri.
Prokuror: Bunu kim hazırlayıb?
Zərrab: Mənim mühasibim.
Prokuror: Niyə?
Zərrab: Zəfər Çağlayan bəyə təqdimat üçün. Aldığı ödəmələrlə pul miqdarı arasında yanlışlıq olduğunu söylədi və açıqlama istədi. .
HAKİM: Bunun hansı tarixlərdə baş verdiyini təkrar deyə bilərsinizmi?
Zərrab: 19 mart 2012-ci ildən 27 mart 2012-ci ilə qədər.
HAKİM: Bu şəxsə elə bu qədər pul verilib?
Zərrab: Xeyir, siyahıda olmayan daha çox pul ödənilib.
HAKİM: Cəmi miqdar varmı?
Zərrab: Avro olaraq var. 31 milyon 789 min 500 avro Bu təkcə avro ilədir. Bundan əlavə 4 milyon 696 min 911 dollar, 2 milyon 465 min lirə pul verilib. Qeydə alınamyan ödəmələr də var.
Prokuror: “Halkbank”dakı işlərə görə Çağlayana nə qədər pul vermisiniz?
Zərrab: Təxminən 45-50 milyon avro.
Prokuror: Nə qədər dollar ödəmisiniz?
Zərrab: 7 milyon dollar.
Prokuror: “Halkbank”a görə nə qədər lirə ödəmisiniz?
Zərrab: 2 milyon 465 min lirə.
Prokuror: Zəfər Çağlayanla görüşünüzdən sonra Süleyman Aslanla (“Halkbank”ın idarə heyətinin sabiq sədri) görüşdünüzmü?
Zərrab: Bəli
Prokuror: Süleyman Aslanla nə danışdınız?
Zərrab: Çağlayan’la görüşümüzün qısa məzmununu anlatdım. Onun hesab açabiləcəyi dediyini bildirdim. Qızıl ticarətində vasitəçi ola biləcəyini söylədim.
Prokuror: Aslan bunu qəbul etdimi?
Zərrab: Bəli
Rza Zərrab məhkəmədə Türkiyənin keçmiş nazirlərindən Egemen Bağışla da iş gördüyünü bildirib. Onun sözlərinə görə, “Aktifbank”da hesab açmaqda vasitəçi olması üçün E.Bağışa müraciət edib. Nazir də Zərrabı bankın idarə heyətinin sədri ilə görüşdürüb.
Tətbiqimizi yükləyə bilərsiniz