Putin: İsrail işğalı dayandırılmalı və müstəqil Fələstin dövləti yaradılmalıdır

Rusiya müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarı kimi çıxış edir.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə Fələstin Prezidenti Mahmud Abbasa göndərdiyi təbrik məktubunda deyib.

Məktubda bildirilir ki, Rusiya BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü və beynəlxalq vasitəçilərin Yaxın Şərq “kvarteti”nin iştirakçısı kimi fələstinlilərin qanuni öz müqəddəratını təyinetmə haqqının reallaşdırılmasına dəstəkdə prinsipial mövqe tutur:

“BMT TŞ-nin müvafiq qətnamələri və ərəb sülh təşəbbüsü daxil olmaqla, davamlı beynəlxalq hüquq əsasında Yaxın Şərqdə hərtərəfli və ədalətli nizamlanmaya nail olmağın tərəfdarıyıq. Bu cür nizamlanmanın nəticəsində 1967-ci ildə başlayan İsrail işğalı dayandırılmalı və paytaxtı Şərqi Qüdsdə olan müstəqil Fələstin dövləti yaradılmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top