Rusiya Suriyadakı S-400 sistemləri ilə bağlı qərarını verdi

Rusiya Hərbi Kosmik Qüvvələri Suriyadan çıxarıldıqdan sonra lazımi sayda “Triumf” zenit-raket kompleksləri (S-400) Hmeymim və Tartus bazalarında qalacaq.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondarev deyib. Onun sözlərinə görə, S-400 sistemləri Rusiyanın Suriyadakı Hmeymim və Tartus hərbi bazalarındakı hava hücumundan müdafiə sisteminin əsas özəyini təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top