Bir sıra şirkətlər "Azərsun" və "AtaHolding"ə qoşulub

"Qafqaz Ticarət" MMC "Sübhan Trans Beynəlxalq Nəqliyyat və Ticarət" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Xarici dairəvi küçəsi, 2038-ci məhəllə ünvanına bildirə bilərlər. Qeyd edək ki, "Qafqaz Ticarət" MMC "Azərsun Holdinq" MMC-nin tabeliyində fəaliyyət göstərir.

"Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda həmçinin qeyd olunur ki, ."AtaHolding" MMC də yenidən təşkil olunub. Bildirilir ki, şirkətlər qrupunun fəaliyyətinin optimallaşdırılması məqsədilə "AtaHolding" MMC "AtaSənaye", "İnterservis Estate", "AtaQida" və "Ataİnşaat" məhdud məsuliyyətli cəmiyyətlərinin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir. apa

DİGƏR XƏBƏRLƏR

Top