
“Halkbank”ın baş direktorunun keçmiş müavini Mehmet Hakan Atillanın ABŞ-da məhkəmə iclasını dekabrın 11-nə keçirmək tələbi rədd edilib. “Yeniavaz.com”un DHA-ya istinadən verdiyi məlumata görə, H. Atillanın məhkəmə iclasının bu gün keçirilməsi gözlənilir. Amerikalı prokuror Sid Kamaraxu İran azərbaycanlısı Rza Zərrabın ittihamları qəbul etdiyini və H. Atillaya qarşı şahidlik etmək üçün bu gün və ya sabah məhkəməyə gətirələcəyini bildirib. Xatırladaq ki, R. Zərrab İrana qarşı beynəlxalq sanksiayaları pozmaqda ittiham olunur. H. Atilla da həmin iş üzrə istintaqa cəlb olunub.
Tətbiqimizi yükləyə bilərsiniz