Rusiyada ailədə doğulan ilk uşağa görə pul veriləcək

Rusiya Prezidenti Vladimir Putin ölkədə demoqrafik siyasətin “təkrar yüklənməsinin” və doğuşun stimullaşdırılmasının zəruriliyini bəyan edib.

“Yeniavaz.com”un REN TV-yə istinadən verdiyi məlumata görə, Prezident bildirib ki, ölkədə demoqrafik vəziyyət yenidən kəskinləşib, lakin bu, gözlənilən idi.

V. Putin qeyd edib ki, 2018-ci ilin yanvarından etibarən Rusiyada ilk uşağın doğulmasına görə aylıq ödəniş veriləcək.

Ödəniş uşağın il yarım yaşınadək təqdim ediləcək.

O, orta hesabla 10,5 min rubl təşkil edəcək.

V. Putin əlavə edib ki, ailədə ilk uşağa görə ödəniş büdcəyə üç il ərzində 114,5 milyard rubla başa gələcək.

DİGƏR XƏBƏRLƏR

Top