Bu gün Rəşid Mahmudovun ad günüdür - "Tanımadığım adamlar zəng vurur"

Bu gün Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tibb elimləri namizədi, Əməkdar müəllim, hamımızın sevimlisi Rəşid Mahmudovun doğum günüdür.

1938-ci il noyabr ayının 28-də Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olub. 79 yaşına qədəm qoyan tibbi elmlər namizədi bu günlə bağlı hisslərini bizimlə bölüşüb:

“Təbriklər çoxdur, Adamın adını bir çürük qozla ansınlar, hədiyyənin yaxşısına, pisinə əhəmiyyət vermirəm. Elə adamların hədiyyələri var ki, heç gözləmirdim. Tanımadığım adamlar internetdən məlumat alıb məni təbrik ediblər. 41 ildir görmədiyim dostum telefonumu tapıb rayondan zəng edib təbrik edib. Onun təbriki məni çox duyğulandırdı. Bu yaşıma çatmışam, ancaq gənclərə deməli hələ çox sözüm var. Demək istəyərdim ki, toylarda bəylə, gəlin oturur, deyirlər ki, “Allah başından töksün”, ancaq düşünmürlər ki, Allah adamın başından daş da tökə bilər, iki qayçısı yoxdu ki, dollar kəsib başından töksün. Arzum budur ki, çalışqan olub öz sənətlərini yaxşı bilsinlər, çoxlu pul qazansınlar. Azərbaycanda öz sənətini bilən adam azdır, dürüst olsunlar. Çox istəyərdim, millətim də nəyisə kəşf etsin, onu etmək üçün suyu yodlaşdırmaq lazımdı. İnsanların yaddaşlarını artırmaq lazımdır. Bizim millət tənbəldi, elmi sevmir. Bu saat mən elmdə yeni kəşflər var, onların şəklini çəkirəm əlimlə, kitabımın arasına qoyacam və hansı yolla alınıb onlara qədər yazıram”.

Qeyd edək ki, 1985-ci ildə dünyanın ən aparıcı jurnalı olan «Cor et Vaza» (Ürək və damar) jurnalında 9 səhifədən ibarət elmi məqaləsi çap olunan R.M.Mahmudov Azərbaycan dilində nəşr olunan «Normal fiziologiya» adlı dərsliyin müəllifidir. Əsərləri keçmiş Çexoslovakiyada, Rusiyada, İsveçdə, Türkiyədə çap olunmuş və bir çox elmi konfranslarda çıxışlar etmişdir.a24.az

DİGƏR XƏBƏRLƏR

Top