Şimali Koreya 1 il sonra nüvə silahının hazırlanmasını başa çatdıra bilər

Şimali Koreya nüvə silahının yaradılması üzrə işlərin başa çatdığını elan edə bilər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Cənubi Koreyanın birlik işləri üzrə nazir Ço Myon Qyon deyib. Onun sözlərinə görə, Şimali Koreya özünün nüvə silahını sürətli templə inkişaf etdirir: “Biz Şimali Koreyanın bir ildən sonra nüvə silahının yaradılmasını yekunlaşdıracığını istisna edə bilmərik”. Nazir xatırladıb ki, növbəti il ölkə üçün yubuleydir, Pxenyan dövlətin yaradılmasının 70 illiyini qeyd edəcək.

DİGƏR XƏBƏRLƏR

Top