
Ötən gecə Bakının Binəqədi rayonu ərazisində avtobusun altında qalaraq ölən qadının şəxsiyyəti müəyyənləşib.M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində 165 saylı marşrut üzrə hərəkət edən və Balagözov Vaqif Həmzə oğlunun idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusunun altında qalaraq ölən qadının 1964-cü il təvəllüdlü Cəfərova Bahar Əbdüləli qızı olması müəyyənləşib. Bəlli olub ki, ölən qadın Binəqədi sakinidir və hadisənin baş verdiyi yerə yaxın ərazidə yaşayırmış.
Bildirilir ki, avtobusun vurduğu B.Cəfərova ruhi xəstə olub və tez-tez avtomobillərin hərəkət zolağında gəzərək sürücülər üçün təhlükəli vəziyyət yaradırmış.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.lent.az
Tətbiqimizi yükləyə bilərsiniz