Ruanda İsrailin hər qaçqına görə 5 min dollar ödəmək təklifini qəbul edib

Ruanda hazırda İsrail ərazisində olan təqribən 10 min qeyri-leqal afrikalı miqrantı qəbul etməyə hazırdır.

“Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Ruandanın xarici işlər naziri Luiza Maşikivabo deyib. Bu bəyanat İsrailin hazırda ölkədəki Afrikadan olan hər bir qeyri-leqal qaçqına görə Ruandaya 5 min dollar ödəmək təklifindən sonra verilib. Bundan başqa, Təl-Əviv İsrail ərazisini könüllü tərk edərək Ruandaya getmək istəyən hər qaçqına 3,5 min dollar verməyə hazırdır. Hazırda İsraildəki müvəqqəti sığınacaq mərkəzlərində təxminən 40 min qaçqın var. Onların 27,5 mini Sudandan, 7,8 mini Eriteriyadan gəlib.

DİGƏR XƏBƏRLƏR

Top