
Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşkilatçılığı ilə 24-26 noyabr tarixlərində Azərbaycandan bir qrup QHT və KİV nümayəndələrinin Türkiyənin İğdır və Qars şəhərlərinə səfərləri təşkil edilib. Bu barədə Yeniavaz.com-a məlumat verən "Elmi Araşdırmalar" İctimai Birliyinin sədri Telman Qasımov bildirib ki, Azərbaycan nümayəndə heyəti İğdır və Qars şəhərlərində çoxsaylı görüşlər keçiriblər. Telman Qasımov qeyd edib ki, İğdır və Qars bölgəsi olduqca həssas bölgədir və burada hər iki ölkə tərəfindən ortaq layihələr həyata keçirilməlidir: "İstərdim ki, Qars dünya türklərinin mədəni və qardaşlıq mərkəzi kimi qəbul olunsun, bu bölgədə davamlı birgə tədbirlər keçirilsin. Bütün dünyaya Qarsı türkün ata yurdu kimi tanıtmalıyıq".
Azərbaycandan gedən nümayəndə heyəti səfər çərçivəsində Bakı-Tbilisi-Qar dəmiryol xəttinin sonuncu dayanacağını - Qars dəmiryol vağzalını ziyarət ediblər.
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev isə qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryol vağzalı Azərbaycanın müstəqil siyasət yeritməsi, ölkəmizin iqtisadi sferada və dünya dövlətləri arasında aparılan balanslı siyasətin bir nəticəsidir.
Azərbaycanlı QHT və KİV nümayəndələri həmçinin Azərbaycanın Qars şəhərindəki konsulu Nuru Quliyevlə görüşüb, hər iki dövlətin QHT-ləri arasındakı dostluq və əməkdaşlıq məsələləri müzakirə edilib.



Tətbiqimizi yükləyə bilərsiniz