Son 5 ildə İslam ölkələrində terrordan ölənlərin sayı açıqlandı

Son 5 ildə İslam ölkələrində terror hücumları nəticəsində 200 mindən çox adam ölüb və ya yaralanıb.

“Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İslam Ölkələri Terrorla Mübarizə Koalisiyasının məlumatında deyilir. Koalisiyadan deyiblər ki, terror hücumları ölkələrin iqtisadiyyatına 348 milyard dollar zərər vurub.

Terror aktları nəticəsində həlak olan və yaralananların 72 faizi 5 İslam ölkəsinin payına düşür. Terror hadisələrindən qaynaqlanan ölümlərin 70 faizi İraq, Əfqanıstan, Nigeriya və Pakistanda qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top