
Tarixdə ilk dəfə olaraq futbol hakimlərinə diskriminasiyanın istənilən təzahürünü gördükdə matçı dayandırmaq hüququ veriləcək.
“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu FIFA-nın prezidenti Canni İnfantino deyib. Onun sözlərinə görə, hakimlər bu yeni hüquqlarından ilk dəfə 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında istifadə edəcəklər:
“Diskriminasiya təzahürləri ilə mübarizə üzrə üçpilləli prosedur işə salınacaq, irqçi və ya digər dözümsüzlük təzahürləri halında oyunun hakimi matçı dayandıra, hətta onu ləğv edə biləcək. Biz buna qarşı son dərəcə sərt olacağıq”.
Tətbiqimizi yükləyə bilərsiniz