Dollar qarşısında ən çox ucuzlaşan valyutalar SİYAHI

2015-ci ilin əvvəlindən ötən 34 ay ərzində Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrə məxsus milli valyutalar arasında dollar qarşısında ən çox ucuzlaşan Azərbaycan milli valyutası - manat olub. Yeniavaz.com ayrı-ayrı ölkələrin Mərkəzi Banklarına istinadən bildirir ki, son 34 ay ərzində ( yanvar 2015 - oktyabr 2017) Azərbaycan manatı dollar qarısında 2,2 dəfə dəyərdən düşüb. 2015-ci ilin yanvar ayında manatın rəsmi məzənnəsi 0,784 $/AZN olduğu halda 2017-ci ilin oktyabr ayında 1,727 $/AZN olub. MDB ölkələri arasında Azərbaycan manatından sonra dollar qarşısında ən çox ucuzlaşan Qazaxıstan milli valyutası - tengə olub. Son 34 ay ərzində tengə dollara nisbətən öz dəyərinin 76,6% itirib. Bunlardan başqa son 34 il ərzində Ukrayna qrivnası 62,3%, Tacikistan somonisi 60%, Rusiya rublu 58,8%, Belarus rublu dollar qarşısında 30,8%, Qırğızıstan somu 16,6%, Moldova leyi isə 12,6% dəyərdən düşüb. Dollar qarşısında ən az dəyərdən düşən isə Ermənistan valyutası - dram olub. Dram son 34 ayda dollara nisbətən cəmi 1,3% ucuzlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top