
Hindistanda cərrahlar pasiyentin mədəsindən 7 kiloqram kənar əşya çıxarıblar.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, əməliyyat Satna şəhərinin klinikalarının birində aparılıb. Maqsud Xan adlı 35 yaşlı kişi klinikaya ağır zəhərlənmə şübhəsi ilə daxil olub.
Həkimlər endoskopiya müayinəsi zamanı onun mədəsində qəpiklər, mismarlar və qaykalar görüblər. Pasiyentin qohumları bildiriblər ki, son illər o, depressiyadan əziyyət çəkib və buna görə də onda xırda metalları udmaq kimi qəribə vərdişlər yarana bilər.
Həkimlər qeyd ediblər ki, udulmuş əşyalar kişinin orqanizminə ciddi zərər yetirməyib.
Tətbiqimizi yükləyə bilərsiniz