YPG Suriya ordusunun tərkibinə qatılacaq

Əsasını YPG terrror təşkilatı silahlılarının təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) silahlı koalisiyası gələcəkdə Suriya qoşunlarının tərkib hissəsi olacaq.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu SDQ Şurasının həmsədri Riyad Darar deyib.

Onun sözlərinə görə, Suriyada siyasi nizamlanmanın əldə olunnası SDQ dəstələrinə respublika ordusunun tərkibinə daxil olmağa imkan verəcək:

“Əgər biz federal quruluşlu vahid Suriya dövlətinə nail olsaq, SDQ-nin saxlanılmasına heç bir ehtiyac qalmayacaq”.

DİGƏR XƏBƏRLƏR

Top